Məzmuna keç
VPS, yoxsa paylaşılan hostinq?

VPS, yoxsa paylaşılan hostinq?

Hostinq

Sual adətən belə qoyulur: «Saytım yavaşlayıb, VPS alım?» Cavab həmişə «bəli» deyil. Fərqi başa düşmək üçün sadə bənzətmə: paylaşılan hostinq — çoxmənzilli bina, VPS — həyət evi.

Paylaşılan hostinq

  • Server resursları bir neçə sayt arasında bölünür.
  • Texniki qulluq tamamilə bizim üzərimizdədir.
  • Ən sərfəli variant — aylıq bir neçə manat.
  • Qonşu saytın çox yüklənməsi sizə təsir edə bilər.

VPS

  • Prosessor, yaddaş və disk yalnız sizə ayrılır.
  • İstədiyiniz proqramı quraşdıra bilərsiniz (root icazəsi).
  • Trafik artanda resursları artırmaq asandır.
  • Server idarəçiliyi bilik tələb edir — və ya idarə olunan VPS seçməlisiniz.

Nə vaxt VPS-ə keçmək lazımdır?

  1. Sayt gündə 5 000-dən çox ziyarət alırsa.
  2. Onlayn mağazanızda yüzlərlə məhsul və daimi sifariş axını varsa.
  3. Xüsusi proqram, fərqli PHP versiyası və ya arxa fon prosesi lazımdırsa.
  4. Hostinq paneli mütəmadi olaraq «resurs limiti aşıldı» xəbərdarlığı göstərirsə.

Əgər saytınız aylardır rahat işləyirsə və panel limit xəbərdarlığı vermirsə, VPS-ə keçmək sadəcə artıq xərcdir.

VPS tariflərinə bax →

Texniki Şöbə

Aktiv

Salam! 👋

Sizə necə kömək edə bilərik?

İndi