Məzmuna keç
Hostinq nədir və necə seçilir?

Hostinq nədir və necə seçilir?

Hostinq

Sayt hazırladınız — amma o, kompüterinizdə qaldıqca dünya onu görmür. Hostinq saytın fayllarının saxlandığı, 24 saat işləyən və internetə qoşulu olan serverdir. Kimsə domeninizi yazanda brauzer həmin serverə müraciət edir və sayt açılır.

Hostinq necə işləyir?

Sadə desək, üç hissə var: domen (ünvan), hostinq (fayların yeri) və DNS (ünvanı serverə yönləndirən kitabça). Ziyarətçi ünvanı yazır, DNS onu serverin IP-sinə çevirir, server isə səhifəni göndərir. Bu proses adətən saniyənin onda biri qədər çəkir.

Hostinq növləri

  • Paylaşılan hostinq — bir serverdə bir neçə sayt. Ən sərfəli variant; kiçik və orta saytlar üçün idealdır.
  • VPS — serverin ayrılmış hissəsi, öz resursları ilə. Yüklü saytlar, mağazalar və xüsusi proqram tələb edən layihələr üçün.
  • Ayrılmış server — bütöv fiziki server yalnız sizin üçün.
  • Bulud hostinq — resurslar tələbata görə avtomatik artıb-azalır.

Paket seçərkən nəyə baxmaq lazımdır?

  1. Disk sahəsi və trafik — şəkil və videosu çox olan sayt üçün NVMe SSD disk vacibdir.
  2. Server yeri — ziyarətçiləriniz Azərbaycandandırsa, yaxın lokasiya saytı gözlə görünən qədər sürətləndirir.
  3. Pulsuz SSL — «https» olmayan sayta brauzer «təhlükəsiz deyil» yazır.
  4. Gündəlik ehtiyat nüsxə — səhv bir yeniləmədən sonra saytı geri qaytarmağın yeganə yolu.
  5. Dəstək — problem gecə saat 2-də çıxa bilər; cavab müddətini əvvəlcədən soruşun.
  6. Artım imkanı — sayt böyüyəndə paketi dayandırmadan yüksəldə bilirsinizmi?

Ucuz paket bahalı olur — sayt yavaş açılanda ziyarətçi geri qayıtmır, axtarış sistemi isə sıralamanı aşağı salır.

Hostarex-də nə təklif edirik?

Bütün paketlərimizdə NVMe SSD disk, pulsuz SSL sertifikatı, gündəlik ehtiyat nüsxə, cPanel-ə bənzər idarəetmə paneli və 7/24 dəstək var. Kiçik vizit saytdan tutmuş onlayn mağazaya qədər hər layihə üçün uyğun tarif tapa bilərsiniz.

Hostinq paketlərinə bax →

Texniki Şöbə

Aktiv

Salam! 👋

Sizə necə kömək edə bilərik?

İndi