Hostinq nədir?
Sayta aid səhifələri, şəkilləri, sənədləri istifadəçilərə təqdim edən kompüterlərin (serverin) yaddaşında sənədləri yerləşdirmək üçün ayrılmış yerə hostinq deyilir. Çox adam sayt yığdıranda sual verir ki, “hostinq almağım vacibdir?” Əlbəttə vacibdir. Ev tikirsiniz. Ev tikmək üçün sizə torpaq sahəsi lazımdır. Sahə – hostinq, ev isə saytdır.
Saytınızı Hostarexə köçürün !
Sizin saytınızı texniki cəhətdən qoruyan böyük komanda, suallarınıza 24/7 cavab verəcək texniki servis, müraciət edin qısa zamanda saytınızı köçürək.
Şirkətinizlə uğur arasındakı incə xətt
Hostarex vasitəsilə müəssisənizi inkişaf etdirmək istəyirsinizsə, onun böyük və ya kiçikliyinin heç bir önəmi yoxdur. Hostarex sizə veb sayt hazırlaya biləcəyiniz bir platformadan daha artığını təklif edir.
Artıq veb saytınız var?
Onlayn, sürətli və təhlükəsiz saxlamaq üçün hostinq paketləri təklif edirik. Müəssisənizə uyğun olaraq sizə uyğun olan hostinq paketini istifadə edə bilərsiniz.
Daimi nəzarət
Bir çox şirkətlər işin çoxluğuna görə saytın texniki gedişatı, ödənişlərlə bağlı məlumatdan xəbərsiz qalırlar. Bunu nəzərə alaraq, hər bir müştərimizin əlaqə nömrəsinə, yenilikləri, ödəniş xəbərdarlığını və bunun kimi digər məlumatları, göndəririk.
Aylıq nüsxələmə
Məlumatlarınızı aylıq nüsxələmək ilə hər hansı bir problemdə məlumat itkisinin qarşısına keçmiş olursunuz.
Hostarex keyfiyyəti
Şirkətimiz sizə keyfiyyətli və sürətli hostinq xidməti təklif edir. Sadəcə hostinq satmaq deyil, iş zamanı yaranan problemləri həll etmək üçün də xidmət göstəririk.
Domen nədir?
Domen veb saytınızın internetdəki adresidir. Texniki olaraq hər bir domen adı 192.27.23.01 kimi bir IP adresinə aiddir. Sadəcə istifadəçilərin sizi bu şəkildə axtarması çətin olduğu üçün, özünüzə məxsus domen adı təyin etməlisiniz.
Domen adı seçərkən nələrə diqqət etməliyik?
Bir veb səhifəsinin axtarış zamanı üst sıralarda çıxması və trafik artımı üçün, düzgün seçilmiş domen adı böyük önəm daşıyır. Domen adı qısa, yadda qalan və məqsədinizi ifadə edən sözdən və ya sözlərdən ibarət olmalıdır.
Domeni niyə Hostarexdən almalıyam?
Hostarex uyğun domen qiymətləri təqdim edən və kiçik dəyişiklərdə əlavə ödəniş tələb etməyən şirkətdir.
SSL nədir?
Hər hansı bir sayta daxil olan zaman saytın adının yazıldığı yerin solunda balaca qıfıl işarəsi ilə rastlaşırsınız. Bəs nədir o qıfıl? Açıq qalmağı yaxşıdır yoxsa bağlı? O sizin saytınızın və saytınıza daxil olan müştərilərin təhlükəsizliyini təmin edən vasitədir. Texniki adı SSL (Secure Sockets Layer). Sertifikat olan qıfılın çoxsaylı üstünlükləri ilə tanış olaq.
SEO sıralamasının yüksəlməsi
Google hər zaman istifadəçilərin rahatlığını nəzərə aldığı üçün, insanlara axtardığı məlumatı texniki cəhətdən güvənli saytlarda ilk səhifədə çıxarır. Axtarış zamanı ilk səhifələrdə çıxmaq və təhlükəsizlik baxımından SSL Sertifikatı şərtdir.
Onlayn köçürmələrin təhlükəsizliyi
Saytınızda hər hansı bir məhsulu və ya xidməti onlayn şəkildə əldə etmək olursa, müştəri ora kart hesabı haqqında məlumatları qeyd etməlidir. SSL bu məlumatları qoruyur və daxil olan istifadəçiləri heç bir təhlükə ilə qarşılaşdırmır.
Əlaqənin təmin olunması
SSL Saytınıza daxil olan istifadəçilərə daha çox inam və etibarlılıq verir. Müştərilərin güvənliyini qoruyan yaşıl rəngli ünvan sətri və şirkət adının brauzerdə əks olunması kimi bir çox özəllikləri özündə cəmləşdirir
Qayğı göstəricisi
SSL sertifikatı aktivləşdirildikdə, saytınızın ünvanında qıfıl simvolu göstərilir. Bu, sayta şəxsi məlumatların daxil edilməsinin təhlükəsizliyini, sayt sahibinin istifadəçilərə qayğısının göstəricisidir.
Təklifimiz nədir?
Rəqiblərinizdən öndə olun
İnternet axtarışları zamanı ön planda çıxmağınız və istifadəçi üçün rahat veb sayt sizi bazarda önəmli söz sahibi edəcəkdir.
Limitsiz trafik
Veb saytınıza eyni anda neçə istifadəçinin daxil olmasının heç bir əhəmiyyəti yoxdur, yüzlərlə insana yüksək sürətdə xidmət təklif edin.
Rahat idarə paneli
Veb saytlarınız, domenləriniz və maillərinizi bir yerdən idarə edin. Nəzarət sizdə olsun.
Hər cihaza uyğun dizayn
Hostarex Web ilə hazırladığınız veb saytlar hər kəs üçün mükəmmək görüntüyə sahib olacaqdır.
Sürətli veb səhifələr
Gec yüklənən veb səhifələr ilə istifadəçiləri narahat etməyə dəyməz. Bizdə bütün xidmətlər sürətli və etibarlıdır.
Məlumatların təhlükəsizliyi
Veb saytınıza qarşı olan hücumlar və ya yaranacaq əlavə problemlərdən narahatsınız? Saytınızın günlük nüsxələnməsi və proqramçılarımızın daimi nəzarəti ilə məlumatlarınız barədə bizə etibar edə bilərsiniz.