Məzmuna keç
SSL sertifikatı niyə vacibdir?

SSL sertifikatı niyə vacibdir?

SSL

Ünvan sətrindəki kilid işarəsini hamı görür. Onun arxasında duran SSL/TLS sertifikatı ziyarətçinin yazdığı şifrə, kart məlumatı və formadakı hər simvolu şifrələyir.

SSL olmasa nə baş verir?

  • Chrome və Safari ünvan sətrində «Təhlükəsiz deyil» yazır — ziyarətçilərin böyük hissəsi elə orada saytı bağlayır.
  • Eyni Wi-Fi şəbəkəsindəki kənar şəxs ötürülən məlumatı oxuya bilir.
  • Google axtarış sıralamasında https saytlara üstünlük verir.
  • Onlayn ödəniş sistemləri SSL olmayan saytla ümumiyyətlə işləmir.

Hansı sertifikat lazımdır?

  • DV (Domain Validation) — domen sahibliyini yoxlayır, dəqiqələr içində verilir. Bloq, vizit sayt və əksər mağazalar üçün kifayətdir.
  • OV (Organization Validation) — şirkətin sənədləri yoxlanılır; korporativ saytlar üçün.
  • EV (Extended Validation) — ən dərin yoxlama; bank və iri maliyyə saytları üçün.
  • Wildcard — bütün alt domenləri (blog.sayt.az, shop.sayt.az) bir sertifikatla əhatə edir.

Quraşdırdıqdan sonra

  1. Bütün http keçidlərini https-ə yönləndirin (301).
  2. Şəkil, skript və stil fayllarının ünvanlarını da https edin — əks halda «qarışıq məzmun» xəbərdarlığı çıxır.
  3. Sertifikatın avtomatik yenilənməsini aktiv edin.

Hostarex-in bütün hostinq paketlərində SSL sertifikatı pulsuzdur və avtomatik yenilənir — əlavə heç nə etməyə ehtiyac yoxdur.

Texniki Şöbə

Aktiv

Salam! 👋

Sizə necə kömək edə bilərik?

İndi