Məzmuna keç
Restoran və mağaza üçün kassa sistemi: CentralPOS.pro

Restoran və mağaza üçün kassa sistemi: CentralPOS.pro

Biznes

Kiçik biznesin ən çox vaxt itirdiyi yer kassa ilə anbarın bir-birindən xəbərsiz işləməsidir. Gün sonu satış bir dəftərdə, məhsul qalığı başqa cədvəldə, sifarişlər isə ofisiantın yaddaşında olur. CentralPOS.pro məhz bu üç hissəni bir sistemdə birləşdirir.

Sistem nələri əhatə edir?

  • Kassa (POS) — sürətli satış ekranı, çek çapı, nağd və kartla ödəniş, növbə bağlanışı.
  • Anbar — məhzul qəbulu, silinmə, inventarizasiya, kritik qalıq xəbərdarlığı.
  • QR menyu — müştəri masadakı kodu oxudur, menyunu telefonunda görür və sifariş verir.
  • Ofisiant və menecer tətbiqləri — masalar, sifarişlər, gün ərzində canlı satış mənzərəsi.
  • Hesabatlar — günlük dövriyyə, ən çox satılan məhsullar, işçi üzrə satış.

Niyə hostinq ilə birlikdə?

Kassa sistemi buludda işləyəndə sahibkar mağazada olmadan da hesabatı telefondan görür. Bunun üçün isə etibarlı server, gündəlik ehtiyat nüsxə və SSL şifrələməsi lazımdır — yəni kassa proqramı ilə hostinq bir-birini tamamlayır. QR menyu da öz domenində (məsələn menu.restoraniniz.az) işləyəndə daha peşəkar görünür.

Kimlər üçün uyğundur?

  • Restoran, kafe və qəlyanaltı xanalar — masa və sifariş idarəçiliyi ilə.
  • Marketlər və kiçik mağazalar — barkod və anbar qalığı ilə.
  • Şəbəkə biznesləri — bütün filialların vahid paneldən idarəsi.

Kassa sadəcə pul yığan qutu deyil — düzgün qurulanda o, biznesin ən dəqiq hesabat mənbəyidir.

Ətraflı məlumat: CentralPOS.pro. Sistemi öz serverinizdə qurmaq istəyirsinizsə, VPS tariflərimizə baxa bilərsiniz.

Texniki Şöbə

Aktiv

Salam! 👋

Sizə necə kömək edə bilərik?

İndi