Hostarex blog: Kodlaşdırma biliklərinə sahib olmadan öz saytını qur

Kodlaşdırma biliklərinə sahib olmadan öz saytını qur

Bloq

Kodlaşdırma biliklərinə sahib olmadan öz saytını qur.

Yaxşı veb-saytın olması, daim ziyarətçilərinizin sayını artırmaq və rəqəmsal mühitdə biznesinizin kimliyini yaratmaq çətindir. Sizin üçün hazırladığımız bu mini bələdçidəki qaydalara diqqət yetirsəniz, internetdə öz saytınızı daha asan qura bilərsiniz.

Keçmişdə veb sayt qurmaq və inkişaf etdirmək üçün müxtəlif kodlaşdırma biliklərinə sahib olmaq lazım idi. Bu gün inkişaf edən bəzi texnologiyalar sayəsində hətta kodlaşdırmadan istifadəçilər belə asanlıqla öz veb-saytlarını qura bilərlər.

Hostarex.com saytının sizlərə təqdim etmiş olduğu sayt qur özəlliyi ilə kodlaşdırma dili bilmədən siz öz saytınızı qura bilərsiniz. Sayt qur sözünə basaraq keçid edə bilərsiniz.

Veb sayt yaratmaq üçün bir neçə səbəb ola bilər. Bəzi şirkətlərin məhsullarını onlayn satmaq üçün veb-sayta ehtiyacı var, digərlərinə isə korporativ şəxsiyyətini yaxşılaşdırmaq üçün veb-sayt lazımdır. Bundan əlavə, bu gün şəxsi saytlar çox populyardır. Bloq saytları, xəbər saytları və ya video saytlar kimi bir çox kateqoriyada nəşr edən veb saytlar hər gün minlərlə istifadəçi qəbul edir.

Bir veb saytın olması üçün nələrə diqqət etmək lazımdır? Sizin üçün mövzuya aktual bir baxış etməyə çalışmışıq

Veb sayt qurmadan əvvəl bəzi planlar qurmaq lazımdır. Təsadüfi qurulan saytlar çox vaxt yayım həyatına uğur qazanmadan məyusluqla son qoyur. Effektiv veb-sayt yaratmazdan əvvəl məqsədinizi müəyyən etməlisiniz. Məsələn, "Bu sayt mənə nə üçün lazımdır?" Bu sualı özünüzə mütləq verin. Sayt sahibi olduqdan sonra hansı işlə məşğul olmaq, hansı işləri görmək və ya hansı məqsədə xidmət etmək lazım olduğunu dəqiqləşdirin.

Heç bir məqsədi olmayan veb saytlar heç bir ziyarətçini cəlb etmədiyi üçün vaxt keçdikcə çox vaxt unudulur. Əvvəlcə bu vəziyyəti aradan qaldırmaq lazımdır. Saytınızı yaratmazdan əvvəl saytınızın xidmət edəcəyi növü müəyyənləşdirməlisiniz. Bloq saytını, xəbər saytını və ya e-ticarət saytını qurmaq və buna uyğun olaraq işinizi davam etdirmək lazımdır.